Alimentin sabit pul məbləğində tutulmasına dair iddia ərizəsi forması

Free!
Alimentin sabit  pul məbləğində tutulmasına dair iddia ərizəsi forması

Alimentin sabit pul məbləğində tutulmasına dair iddia ərizəsi forması. Valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olduğu halda, yaxud onun qazancı və ya sair gəliri olmadıqda, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadıqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

  • Description
  • Reviews (0)

Product Description

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”.
İddia ərizəsinin forması courts.gov.az saytından götürülmüşdür.

Reviews

There are no reviews yet.

Be the first to review “Alimentin sabit pul məbləğində tutulmasına dair iddia ərizəsi forması”

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib