Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə forması

1.00 AZN Free!
Sale!
Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə forması

Hüquqi faktın müəyyən edilməsinə dair ərizə forması. Sənəd haqqında ətraflı məlumatı aşağıda oxuya bilərsiniz.

  • Description
  • Reviews (0)

Product Description

1980-ci il ildə Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Ərizəçiyə onun altı nəfər ailə üzvü nəzərə alınaraq növbəlilik əsasında mənzilə dair orderin verilməsi barədə qərar verib. Bu qərar əsasında Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən həmin mənzilə dair Ərizəçiyə orderin surəti verilib. Lakin Ərizəçiyə təqdim edilmiş orderin surətində Ərizəçinin adı əvvəlcə səhv yazılmış olduğundan həmin ad silinərək, Ərizəçinin adı yazıldığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərizəçidən mənzilin ona verilməsinə dair qərarın təqdim edilməsini tələb edib. Ərizəçi qeyd edilən qərarın ona təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən məktub alan zaman aşkar edib ki, mənzilin ona verilməsinə dair qərarda da adı səhv yazılıb.

Ərizəçi qeyd edilən qərarda və orderdə nəzərdə tutulan evin məhz ona verildiyini sübut etmək üçün “Hüquqi faktın müəyyən edilməsinə dair ərizə” ilə məhkəməyə müraciət edib. İşi araşdıran Abşeron Rayon Məhkəməsi qərarda nəzərdə tutulan evin Ərizəçiyə verildiyini təsdiq edib.

Reviews

There are no reviews yet.

Be the first to review “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə forması”

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib