Sərnişin daşıması müqaviləsi forması

2.00 AZN Free!
Sale!
Sərnişin daşıması müqaviləsi forması

Hər hansı hüquqi şəxsə mülkiyyətində olan avtomobil ilə daşıma xidmətləri göstərən fiziki şəxs və həmin hüquqi şəxs arasında tərtib edilmiş sərnişin daşıması müqaviləsi forması.
Təcrübədə tez-tez belə hala rast gəlinir ki, sifarişçi hüquqi şəxs faktiki icarə münasibətlərinə görə Vergi Məcəlləsinin 124-cü maddəsinin tələblərinə əsasən mənbədən 14% vergi dərəcəsi ödəməmək üçün avtomobil vasitəsinin mülkiyyətçisi ilə sərnişin daşıması müqaviləsinin bağlanmasını tələb edir.
Bu tələbi rəsmiləşdirmək üçün təqdim edilən müqavilə formasından istifadə etmək olar.
Müqavilə Times New Roman şrifti ilə, 12 ölçüdə tərtib edilib və 3 səhifədən ibarətdir.

  • Description
  • Reviews (0)

Product Description

Hər hansı hüquqi şəxsə mülkiyyətində olan avtomobil ilə daşıma xidmətləri göstərən fiziki şəxs və həmin hüquqi şəxs arasında tərtib edilmiş sərnişin daşıması müqaviləsi forması.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4-cü maddəsinin tələblərinə əsasən: “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanından təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdırlar”.
Həmin məcəllənin 220.5-ci maddəsində deyilir:
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:
Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə 1 oturacaq yeri üçün 1,8 manat müəyyən edilir.
220.6. Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi həmin Məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
220.6.1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
220.6.2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;
220.6.3. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla)—1,0.
Bundan əlavə, təcrübədə tez-tez belə hala rast gəlinir ki, sifarişçi hüquqi şəxs faktiki icarə münasibətlərinə görə Vergi Məcəlləsinin 124-cü maddəsinin tələblərinə əsasən mənbədən 14% vergi dərəcəsi ödəməmək üçün avtomobil vasitəsinin mülkiyyətçisi ilə sərnişin daşıması müqaviləsinin bağlanmasını tələb edir.

Reviews

There are no reviews yet.

Be the first to review “Sərnişin daşıması müqaviləsi forması”

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib